60 manata əl enerjisi ilə “müalicə” - Özbək “həkim” üçün izdiham - VİDEO

60 manata əl enerjisi ilə “müalicə” - Özbək “həkim” üçün izdiham - VİDEO

Hazırda oxunan: 60 manata əl enerjisi ilə “müalicə” - Özbək “həkim” üçün izdiham - VİDEO
601000
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda bu günlərdə “Bİ ES VİP” estetik klinikasında izdihamlı anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri “Qaynarinfo” yayıb.

Məlumata görə, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.
 

O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib. Bir xəstəni 60 manata müalicə edən İqbol Soliyevin qəbuluna çox sayda xəstənin gəldiyi bildirilir.


Klinikdan verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, ikigünlük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb.

Məlumata görə, İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO