DMA-da struktur dəyişikliyi: Rəhbər heyətdə yeni təyinatlar

DMA-da struktur dəyişikliyi: Rəhbər heyətdə yeni təyinatlar

Hazırda oxunan: DMA-da struktur dəyişikliyi: Rəhbər heyətdə yeni təyinatlar
600684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində (DMA) kadr dəyişikliyi olub.

Bizim.Media “iqtisadiyyat.az”a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elnur Qasımov Agentliyin Daxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsindən azad olunub.

 

Digər bir əmrlə o, Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına müdir təyin edilib. H.Abbasovun daha bir əmri ilə Nailə Dövlətova DMA-nın Maliyyə Departamentinin Maliyyə şöbəsinə müdir təyinatı alıb.


Qeyd edək ki, E.Qasımov Daxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsinə bu ilin yanvarında təyin olunmuşdu.

Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əvvəlki müdiri isə Elnur Əliyev olub. O, ötən ay əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO