Lənkəranda avtomobil qaz xəttinə çırpıldı - Sürücü yaralandı - FOTO

Lənkəranda avtomobil qaz xəttinə çırpıldı - Sürücü yaralandı - FOTO

Hazırda oxunan: Lənkəranda avtomobil qaz xəttinə çırpıldı - Sürücü yaralandı - FOTO
600371
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda baş verən yol qəzasında avtomobil sürücüsü ciddi xəsarət alıb.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Şıxakəran kəndi yaxınlığında qeydə alınıb.

Lənkəran rayonunun Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Mahmud oğlu Heydərov “VAZ-2104” markalı avtomobili ilə Astara istiqamətində hərəkət edərkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq bir evin hasarına və qaz xəttinə çırpılıb.

Qəza zamanı V.Heydərov ağır bədən xəsarətləri alıb və Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

Hazırda onun müalicəsi uyğun şöbədə davam etdirilir.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Lənkəranda avtomobil qaz xəttinə çırpıldı - Sürücü yaralandı - FOTO - foto 1
Lənkəranda avtomobil qaz xəttinə çırpıldı - Sürücü yaralandı - FOTO - foto 2


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO