Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO

Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO

Hazırda oxunan: Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO
600105
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Sarayında dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olunub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva iştirak edib.

Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyev, ssenari müəllifləri Afaq Vasifqızı, Lalə Əliyevadır. Dahi şair Hüseyn Cavidin obrazına Xalq artisti Eyyub Yaqubov həyat verib.

Tamaşada Xalq artisti Mehriban Zəki, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-bəstəkar Gülsüm Eldarova, aktyorlar Elşən Əsgərov, Natiq Abdullayev, Oqtay Kazımov, Emil Bağırzadə və digərləri, həmçinin C.Cahangirov adına Xor kollektivi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri yer alıb.

Musiqili tamaşada dramaturqun həyat və yaradıcılığını əks etdirən təsirli səhnə fraqmentləri,
kövrək sevgi xətti, pyeslərdən parçalar, incə lirika nümunələr səsləndirilib. Xalq artisti Eyyub Yaqubovun ifa etdiyi mahnılar tamaşanın bədii-estetik dəyərini daha da artırıb.

Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO - foto 1
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO - foto 2
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO - foto 3
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO - foto 4
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO - foto 5


Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO - foto 6
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO - foto 7
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO