Sürücü sükanda yuxuladı - “KamAZ” marşrut avtobusuna çırpıldı – FOTO

Sürücü sükanda yuxuladı - “KamAZ” marşrut avtobusuna çırpıldı – FOTO

Hazırda oxunan: Sürücü sükanda yuxuladı - “KamAZ” marşrut avtobusuna çırpıldı – FOTO
599975
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün saat 07:30 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində “KamAZ” markalı yük maşını qəza törədib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, ağırtonnajlı yük maşını idarəetmədən çıxaraq dayanacaqda olan və 114 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, qəza yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib:

“Sürücü B.Yusibovun idarə etdiyi “Daewoo” markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır”.

Sürücü sükanda yuxuladı - “KamAZ” marşrut avtobusuna çırpıldı – FOTO - foto 1
Sürücü sükanda yuxuladı - “KamAZ” marşrut avtobusuna çırpıldı – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO