Bakıdan Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ! Alternativ reyslər təşkil olundu – CƏDVƏL

Bakıdan Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ! Alternativ reyslər təşkil olundu – CƏDVƏL

Hazırda oxunan: Bakıdan Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ! Alternativ reyslər təşkil olundu – CƏDVƏL
599865
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son hadisələrlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart 2026-cı il tarixinə planlaşdırılan bütün reyslər ləğv olunub.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib.

Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcəkdir.

5 mart 2026-cı il tarixinə Bakı-İğdır-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli (bütün saatlar yerli vaxtla qeyd edilib):

Sərnişinlərdən uçuşdan ən azı bir saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş olunur.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Bakıdan Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ! Alternativ reyslər təşkil olundu – CƏDVƏL - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO