Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti DAYANDIRILDI - FOTO

Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti DAYANDIRILDI - FOTO

Hazırda oxunan: Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti DAYANDIRILDI - FOTO
598748
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Fərid Əsgər oğlu Əsgərova məxsus "SushiNano" suşi emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması halları müəyyən edilib.

"Qida obyektinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsiplərinə riayət edilmir, havalandırma sistemi quraşdırılmayıb.
 

Bundan başqa, müəssisədə qida məhsullarının, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanaqları mövcud deyil, mütəmadi dezinfeksiya işləri aparılmır, soyuducu təmizlənmir, rəflərdə korroziya əlamətləri müşahidə olunub. Xammalın saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi və qanunvericiliyin tələblərinə uyğun markalanması olmayan məhsullardan istifadə edildiyi də müəyyənləşdirilib.


Aşkar edilən uyğunsuzluqlarla bağlı obyektin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb", - məlumatda qeyd olunub.

Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti DAYANDIRILDI - FOTO - foto 1
Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti DAYANDIRILDI - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO