Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanıb? – FOTO

Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanıb? – FOTO

Hazırda oxunan: Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanıb? – FOTO
597877
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"ınsorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
 

Bildirilib ki, AQTA-nın Regional bölmələri, Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olduğu əraziyə baxış keçirib və müvafiq araşdırmalar aparıb.


AQTA məsələ ilə bağlı quş cəsədlərindən nümunələr götürərək laborator müayinələrə cəlb edib.

Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib. Bununla yanaşı, Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib, nəticələr yaxın zamanda açıqlanacaq.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO