Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO
597361
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Göyüşov Qurban Ramazan oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

Bizim.Media xəbər verir ki, Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Qurban Göyüşovun nəşinin qalıqları torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Mərasim iştirakçıları şəhidin ruhuna dualar oxuyub, məzarının üzərinə əklil, gül dəstələri düzüblər. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin qardaşına təqdim edilib.
 

Qeyd edək ki, Göyüşov Qurban Ramazan oğlu 1974-cü ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı özünümüdafiə batalyonunun tərkibində döyüşən Q.Göyüşov 1992-ci il martın 12-də Sırxavənd kəndi istiqamətlərində ermənilərin hücumunun qarşısının alınması zamanı pusquya düşərək yaralanıb.


Atası onu yaralı halda döyüş meydanından çıxarmağa çalışsa da, erməni silahlıları intensiv atəş açaraq buna mane olub. Göyüşov Qurbanın nəşinin qalıqları elə həmin ərazidə aşkar edilib.

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO - foto 1
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO - foto 2
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO - foto 3
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO - foto 4
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO - foto 5
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO - foto 6
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO - foto 7
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO