Həftənin bu günləri şadlıq saraylarında toy etmək QADAĞAN EDİLDİ

Həftənin bu günləri şadlıq saraylarında toy etmək QADAĞAN EDİLDİ

Hazırda oxunan: Həftənin bu günləri şadlıq saraylarında toy etmək QADAĞAN EDİLDİ
596628
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası müzakirələrə səbəb olacaq qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, Türkiyə mediasında, o cümlədən Haber Global-a istinadla yayılan məlumata görə, martın 1-dən etibarən İstanbulda fəaliyyət göstərən şadlıq sarayları, açıq havada toy məkanları və qız istəmə evləri çərşənbə axşamı günləri fəaliyyət göstərməyəcək.

Qərarın əsas məqsədi işçilərin rifahının qorunması, istirahət hüququnun təmin edilməsi və xidmət keyfiyyətinin artırılmasıdır.
 

Bildirilir ki, bu addım həm obyekt sahiblərinin, həm də personalın iş yükünün balanslaşdırılmasına xidmət edəcək. Xüsusilə bir neçə məkana sahib olan sahibkarlar üçün iş prosesinin daha səmərəli təşkili hədəflənir.


Bununla belə, çərşənbə axşamı günü tədbir keçirmək istəyən müəssisələr üçün istisna mexanizm nəzərdə tutulub. Belə hallarda obyektlər vəziyyəti əvvəlcədən yazılı şəkildə Palataya bildirməlidirlər.

Qərara əməl etməyən müəssisələrə qarşı müvafiq tədbirlərin görüləcəyi qeyd olunur. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO