“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT

“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT

Hazırda oxunan: “Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT
596585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rahat”, “Grandmart”, “Bolmart”,  “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin işçiləri maaşlarını ala bilmirlər.

Bu barədə sözügedən marketlərdə çalışan bir qrup işçi Bizim.Media-ya ünvanladıqları şikayətdə məlumat veriblər.

Onlar bildiriblər ki, artıq bir neçə aydır ki, əmək haqqlarını ala bilmirlər:

“Dəfələrlə rəhbərliyə müraciət etmişik. Hər dəfə yaxın günlərdə maaşların ödəniləcəyini deyirlər, ancaq bir neçə aydır məvaciblərimizi ala bilmirik”, - deyə şikayətçilər qeyd edib.
 

Məlumat üçün bildirək ki, adları qeyd olunan marketlər şəbəkələrində ümumilikdə 10 mindən çox işçi çalışır.


Qeyd edək ki, demokrat.az saytının yaydığı məlumata görə, “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranıb. Üstəlik, marketlərin təchizatçılara da on milyonlarla vəsaiti ödəmədiyi üzə çıxıb. Bu səbəbdən təchizatçı şirkətlər məhkəməyə müraciət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO