Ağdaşda meyiti tapılan kişi 40 gün əvvəl evdən gedibmiş... – Dəhşətli hadisənin DETALLARI

Ağdaşda meyiti tapılan kişi 40 gün əvvəl evdən gedibmiş... – Dəhşətli hadisənin DETALLARI

Hazırda oxunan: Ağdaşda meyiti tapılan kişi 40 gün əvvəl evdən gedibmiş... – Dəhşətli hadisənin DETALLARI
596573
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdaşda 76 yaşlı kişinin ölümü ilə nəticələnən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Bu barədə Bizim.Media-nın Aran bürosuna mərhumun qardaşı Fərhad Abdulxalıqov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı


O bildirib ki, qardaşının səhhətində problem olub və Mingəçevirdə yaşayan qızıgilə getmək istəyib:

“Qonşu ona “sabah apararam” - desə də qardaşım gecə heç kimə deməmiş evdən çıxıb və geri dönməyib. Bu hadisə yanvar ayının 5-də olub. Elə o vaxtdan axtarışlar davam edirdi. Qonşuda çoban var, qoyun otararkən su kanalında onun meyitini görüb və icra nümayəndəsinə, polisə xəbər verib.

Dərhal FHN-nin əməkdaşları gəlib, onun meyitini sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Qardaşım ailəli idi, amma ailəsindən ayrı, tək yaşayırdı. 2 qızı və 1 oğlu Mingəçevirdə yaşayırlar. Kənd sakinləri sağ olsunlar, biz gəlib çıxana kimi qardaşımı dəfn ediblər”.
 

Qeyd edək ki, məlum hadisə rayonun Cüvə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini 76 yaşlı Ənvər Məmmədovun cansız bədəni kənd ərazisindəki su kanalından aşkarlanıb. Dərhal hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ənvər Məmmədovun cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 


Hadisənin baş vermə səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media,Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO