Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Hazırda oxunan: Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT
596114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

14–15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlamasında bildirilir.

"Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Məhdudiyyətlər aşağıdakı saat və istiqamətləri əhatə edir:

14 fevral, saat 00:00–07:00 – Hava limanı yolundan "Koroğlu" metrostansiyası istiqamətində;
15 fevral, saat 00:00–07:00 – "Koroğlu" metrostansiyasından Hava limanı istiqamətində.

Alternativ olaraq, sərnişinlər 8 Noyabr prospekti – Zığ yolu marşrutundan (və əks istiqamətdə) istifadə edə bilərlər.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hava limanına daha erkən yola düşməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq
dəyişdiriləcək.

"Belə ki, 14 fevral tarixində (saat 00:00–07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) – Zığ şosesi – 57-ci Suraxanı küçəsi–56-cı Suraxanı küçəsi–Heydər Əliyev prospekti (yolötürücü, "Buta Palace") istiqamətində hərəkət edəcək.

15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti (yolötürücü, "Buta Palace") – 56-cı
Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) – Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək", - AYNA qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO