Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı DÖRDTƏRƏFLİ GÖRÜŞ – FOTO

Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı DÖRDTƏRƏFLİ GÖRÜŞ – FOTO

Hazırda oxunan: Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı DÖRDTƏRƏFLİ GÖRÜŞ – FOTO
595494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

10 fevral 2026-cı il tarixində Aşqabad şəhərində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Mammed Akmammedov, “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze arasında dördtərəfli görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən məsələləri, dəmir yolu sahəsində, eləcə də regionun əsas tranzit marşrutlarından olan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Həmçinin Orta Dəhlizin rəqabətqabiliyyətinin yüksəldilməsi, bu marşrut üzrə daşımaların həcminin artırılması barədə fikir mübadiləsi aparılıb, əməliyyatların rəqəmsallaşdırılmasının yük nəqlinin daha operativ həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
 

Ötən ilin avqustunda Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nun əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub.


Dördtərəfli görüşün yekunu olaraq Orta Dəhliz üzrə rəqəmsallaşma və yükdaşımaların inkişafı, dəhlizin diaqnostikası kimi istiqamətləri əhatə edən protokol imzalanıb.

Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı DÖRDTƏRƏFLİ GÖRÜŞ – FOTO - foto 1
Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı DÖRDTƏRƏFLİ GÖRÜŞ – FOTO - foto 2
Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı DÖRDTƏRƏFLİ GÖRÜŞ – FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO