Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."

Hazırda oxunan: Almaz Ələsgərlidən Rəhim Rəhimli haqda ŞOK SÖZLƏR: "Ölümündə..."
595002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Rəhim Rəhimli özü özünü məhv etdi. Onun ölümündə heç kimi günahkar görmürəm. İnsan gərək özü özünü idarə edə bilsin"

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Almaz Ələsgərli mərhum həmkarı Rəhim Rəhimli barədə "Kanal S" TV-nin efirində danışarkən deyib.

Almaz Ələsgərli bir zamanlar yaxın dostluq etdiyi həmkarından sonradan uzaqlaşmasının səbəbini isə bu cür açıqlayıb:
 

"O vaxtlar biz təzə-təzə sənətə başlayanda bir yerdə idik, dostluq edirdik. Bir-birimizin evinə gedib gəlirdik, mahnılarımızı oxuyurduq. Amma Rəhim sonra çox dəyişildi. Mən onda bu dəyişikliyi görəndə uzaqlaşdım. Nə qədər istədim Rəhimə deyim ki, bəlkə qayıdasan? Amma artıq böyük olmuşdu, ona nə deyə bilərdim ki? Son dəfə görəndə də gördüm ki, nəsə yaxşı deyil. Vəziyyətindən heç gözüm su içmədi. Dedi ki, qara ciyərində problemlər çıxıb, mən də dedim ki, Allah şəfa versin. Amma nəsə hiss edirdi".


Xatırladaq ki, müğənni Rəhim Rəhimli 2022-ci il sentyabrın 30-da, 45 yaşında vəfat edib. Onun ürəktutmadan keçindiyi bildirilirdi. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO