Əhaliyə XƏBƏRDARLIQ! Bakıya DƏHŞƏTLİ SOYUQLAR gəlir – Ciddi xəstəlik də yayılacaq

Əhaliyə XƏBƏRDARLIQ! Bakıya DƏHŞƏTLİ SOYUQLAR gəlir – Ciddi xəstəlik də yayılacaq

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ! Bakıya DƏHŞƏTLİ SOYUQLAR gəlir – Ciddi xəstəlik də yayılacaq
594345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, yaxın günlərdə Bakıda hava şəraitinin kəskin şəkildə dəyişəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, Türkiyə və beynəlxalq meteoroloji mənbələrin yaydığı məlumatlara görə, regiona daxil olan arktik mənşəli soyuq hava kütlələri paytaxtda temperaturun sürətlə aşağı düşməsinə səbəb olacaq. 

Sinoptik proseslərin aktivləşməsi nəticəsində Bakıda güclü külək, sulu qar, gecə və səhər saatlarında isə şaxta və buzlanma ehtimalı artır.

Mütəxəssislər bildirir ki, havanın qəfil soyuması ilə yanaşı, rütubətin yüksəlməsi və temperatur fərqləri əhali arasında mövsümi xəstəliklərin yayılması riskini də artırır. Xüsusilə soyuqdəymə, qrip və tənəffüs yolları ilə bağlı narahatlıqların artacağı istisna edilmir. Dünya səhiyyə və meteorologiya mənbələri qeyd edir ki, bu cür hava şəraiti immun sistemi zəif olan şəxslər üçün daha təhlükəli hesab olunur.

Türkiyədə artıq təsirli olan sərt soyuqların Cənubi Qafqaza doğru irəlilədiyi, Bakıda da bir neçə gün davam edəcəyi bildirilir. Havanın küləkli və rütubətli keçməsi soyuğun daha kəskin hiss olunmasına səbəb olacaq. Bu da gündəlik həyat ritminə, nəqliyyata və insanların sağlamlıq durumuna mənfi təsir göstərə bilər.

Mütəxəssislər paytaxt sakinlərinə hava dəyişikliklərinə qarşı diqqətli olmağı, rəsmi hava məlumatlarını izləməyi və xüsusilə səhər-axşam saatlarında daha ehtiyatlı davranmağı tövsiyə edirlər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO