Gəncədə mağazalarda YOXLAMA: Məşhur markaya aid saxta araqlar aşkarlandı - FOTO

Gəncədə mağazalarda YOXLAMA: Məşhur markaya aid saxta araqlar aşkarlandı - FOTO

Hazırda oxunan: Gəncədə mağazalarda YOXLAMA: Məşhur markaya aid saxta araqlar aşkarlandı - FOTO
593625
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə fəaliyyət göstərən bəzi ticarət obyektlərində yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, şəhərin Məhsəti qəsəbəsində yerləşən, fiziki şəxs Vaqif Abbas oğlu Tağıyevə və fiziki şəxs Asif Tofiq oğlu Məmmədova məxsus ərzaq mağazalarında yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.

Məhsulların kustar üsullarla hazırlandığı, müşayiətedici sənədlərinin olmadığı, üzərində yanlış məlumatların qeyd edildiyi və saxta VÖEN göstərildiyi müəyyənləşdirilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib.

Saxta məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Gəncədə mağazalarda YOXLAMA: Məşhur markaya aid saxta araqlar aşkarlandı - FOTO - foto 1
Gəncədə mağazalarda YOXLAMA: Məşhur markaya aid saxta araqlar aşkarlandı - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO