Özü 20 min, sıravi əməkdaşları isə 500-600 manat maaş...

Özü 20 min, sıravi əməkdaşları isə 500-600 manat maaş...

Hazırda oxunan: Özü 20 min, sıravi əməkdaşları isə 500-600 manat maaş...
593458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin ayda 19 min 500 manat maaş alması barədə məlumatlar birmənalı qarşılanmayıb.

Bizim.Media xəbər verir ki, Gununsesi.info-nun araşdırması zamanı məlum ki, Anar Rzayevin AYNA-dakı rəhbərliklə sıravi işçi arasında yaratdığı maaş fərqi 20 dəfədən çoxdur.

Belə ki, Anar Rzayevin müavinləri 10-15 min, şöbə rəhbərləri 7-10 min manat maaş aldığı halda, paytaxt küçələrindəki parkinlərdə saatlarla ayaqüstü xidmət keçən işçilər 500-600 manata çalışır.
 

Adının çəkilməsini istəməyən AYNA əməkdaşlarından biri deyir ki, hava şəraitinin kəskin keçdiyi ötən həftə ərzində paytaxt küçələrində çalışan onlarla işçi xəstələnib. Qarlı hava şəraitində xidmət keçən parkinq əməkdaşları üçün gözətçi məntəqələrini qurmaq təşəbbüsləri də dəstəklənməyib.


İsti kabinetdə əyləşib 20 min manat maaş alan Anar Rzayev çovğunlu Bakı küçələrində saatlarla ayaqüstə xidmət keçən sıravi işçilərinə 500 manat maaş yazması dözülməz ədalətsizlikdir.

AYNA-nın mətbuat katibi Tural Orucov məsələ ilə bağlı sualdan yayınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO