Bu şəxslərə televiziya kanalında yüksək vəzifə verildi- FOTO

Bu şəxslərə televiziya kanalında yüksək vəzifə verildi- FOTO

Hazırda oxunan: Bu şəxslərə televiziya kanalında yüksək vəzifə verildi- FOTO
592388
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının audiovizual media sahəsində qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, Audiovizual Şuranın rəyi əsasında Zamiq Əli oğlu Yunisov “SHOW PLUS TV” kanalına direktor vəzifəsinə təyin olunub.

Bizim.Media xəbər verir ki, rəsmi təyinat “SHOW PLUS TV”-nin fəaliyyətinin daha səmərəli təşkil edilməsi, idarəetmə mexanizmlərinin gücləndirilməsi, proqram və yayım siyasətinin mövcud normativ-hüquqi tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.

Zamiq Yunisov media və televiziya sahəsində uzunillik peşəkar təcrübəyə malikdir. O, müxtəlif dövrlərdə media qurumlarında və layihələrdə rəhbər və icraedici vəzifələrdə çalışmış, audiovizual media sahəsində idarəetmə və təşkilati bacarıqlarını praktik fəaliyyəti ilə təsdiqləmişdir.

Yeni rəhbərlik dövründə “SHOW PLUS TV” -də yayım keyfiyyətinin artırılması, proqram siyasətinin milli media maraqlarına uyğun formalaşdırılması, struktur idarəetmənin təkmilləşdirilməsi və kadr potensialının daha səmərəli istifadəsi əsas prioritetlər kimi müəyyən edilib.

Digər təyinatla isə kanalın Baş redaktoru vəzifəsinə əməkdar jurnalist Telman Nəzərli(Məmmədov) təyin olunub. Bu təyinatadək Telman Nəzərli müxtəlif dövlət qəzetlərində, AZTV və İctimai Tv-də baş redaktor, departament rəhbəri və digər vəzifələrdə çalışıb. (Mənbə: vətəninfo.az )

Bu şəxslərə televiziya kanalında yüksək vəzifə verildi- FOTO - foto 1
Bu şəxslərə televiziya kanalında yüksək vəzifə verildi- FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO