Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? – HÜQUQİ İZAH

Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? – HÜQUQİ İZAH

Hazırda oxunan: Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? – HÜQUQİ İZAH
591121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün paytaxtımızda çoxsaylı qapalı parklanma əraziləri var. hərdən bu ərazilərdə sürücülər müxtəlif qəza törədir, qarşı tərəfin avtomobilinə zərər vurur. Ərazi qapalı olduğu üçün və prosesdə Dövlət Yol Polisinin əməkdaşının iştirakı olmaması səbəbi ilə dəymiş zərərin sığorta hesabına ödənişində problem yaranır.

Belə hallarda nə etmək lazımdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, bəzən açıq və ya qapalı parklanma olan ərazilərdə baş vermiş nəqliyyat qəzaları ilə bağlı dəymiş zərərləri kim ödəyəcək kimi suallara müxtəlif yanaşmalar eşidirik:

“Əslində burda baş vermiş hadisələrdən və avtomobildə hansı sığorta növünün olmasından asılı olaraq cavablar da dəyişir. Belə ki, parklanmada olan avtomobili hər hansı bir nəqliyyat vasitəsi zərər vurarsa, bu zaman zərərvuran avtomobilin icbari sığorta növü üzrə sığorta şirkəti yekunda zərərçəkənə ödənişi vermiş olur. Əgər zərərvuranın icbari sığorta şəhadətnaməsi olmadığı təqdirdə zərərçəkənin kasko sığortası şəhadətnaməsinin olmasına gərək duyulur.

Zərərçəkənin kasko sığortası olarsa, dəymiş zərəri əldə edə bilər.

Ancaq qeyd edilən sığorta növlərinin heç biri olmadığı halda məkandan asılı olmayaraq zərərçəkənə hər hansı bir ödəniş sığorta şirkətləri tərəfindən verilmir. Belə olan halda tərəflər ya öz aralarında razılığa gəlməlidirlər, ya da müvafiq qaydada məhkəməyə müraciət etməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO