Azərbaycanda qapanmalar ola bilər – ÜST rəsmisindən PROQNOZ

Azərbaycanda qapanmalar ola bilər – ÜST rəsmisindən PROQNOZ

Hazırda oxunan: Azərbaycanda qapanmalar ola bilər – ÜST rəsmisindən PROQNOZ

58964

"Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun "Omikron" ştamına yoluxma sayında yüksək artım müşahidə edilir".

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, "Omikron"a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir:  

"Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər". 

H.Harmancı əlavə edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO