Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO

Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO

Hazırda oxunan: Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO
589294
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün böyük məhəbbət şairi Mikayıl Müşfiqin anım günüdür.

Düz 88 il əvvəl - 1937-il repressiyasının qurbanı olan Müşfiq güllələnərək Xəzər sularına atılıb.

Faciəli ölümündən sonra qəlblərdə özünün lirik, həzin şeirləri ilə yuva salan nakam şairin xatirəsi bu gün doğulduğu Xızı rayonunun Sayadlar kəndində hörmətlə yad edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, heç bir dəvət gözləmədən Xızı ilə yanaşı, Sumqayıt, Bakı, Siyəzən və Qubadan Müşfiq ocağına gələn müşfiqsevər insanlar, ziyalılar, ədəbiyyat nümayəndələri, yerli icra və mədəniyyət qurumlarının əməkdaşları şairin büstünü və adına olan muzeyi ziyarət ediblər.

“Şöhrət” ordenli, Əməkdar müəllim, şairə Ofeliya Babayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Mövsüm Bağırov və başqaları çıxış edərək, Mikayıl Müşfiqin həyat yolu və ədəbi irsi barədə geniş məlumat veriblər. Görkəmli şairin Azərbaycan ədəbiyyatındakı yeri, lirikasının əsas xüsusiyyətləri diqqətə çatdırılıb. Eyni zamanda, nakam sənətkarın yaradıcılığının gənc nəslin milli özünüdərkinin formalaşmasında, onlarda vətənə sevgi və vətənpərvərlik duyğularının gücləndirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Mövsüm Bağırov bu il Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muzeyinin binasında yenilənmə və təmir işləri aparılacağını vurğulayıb.

Xatırladaq ki, Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib.

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, adına qəsəbə, məktəb, küçə və meydan var. Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.

Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO - foto 1
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO - foto 2
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO - foto 3
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO - foto 4
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO - foto 5
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO - foto 6
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO - foto 7
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi bu il təmir olunacaq – FOTO - foto 8


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO