Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO

Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO

Hazırda oxunan: Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO
587331
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür.

Bizim.Media xəbər verir ki, hadisənin birinci ildönümü ilə əlaqədar olaraq qəza nəticəsində həlak olan ekipaj üzvlərinin - Azərbaycanın Milli Qəhrəmanları İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın xatirəsi İkinci Fəxri xiyabanda yad olunub.

Həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub, məzarı önünə əklil qoyulub, tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Ziyarətdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Nəticədə 38 nəfər dünyasını dəyişib, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb. İlkin istintaq nəticələrinə əsasən, təyyarənin Rusiyaya məxsus Pantsir-S1 HHM sistemi tərəfindən hücuma məruz qaldığı məlum olub.

Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 1
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 2
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 3
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 4
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 5
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 6
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 7
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 8
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 9
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 10
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 11
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 12
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 13
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 14
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 15
Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO - foto 16

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO