
- A-
- A
- A+
Cəmiyyət
09:17 / 05.02.2022
1 dəq oxunma
Ucarda qaz xəttində güclü yanğın, alov 8 metrə qalxdı - FOTO/VİDEO
Hazırda oxunan: Ucarda qaz xəttində güclü yanğın, alov 8 metrə qalxdı - FOTO/VİDEO
58729
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ucarda qaz xəttində baş verən sızma güclü yanğına səbəb olub.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.
Eyni yerdə yerləşən 4 ana xətdə - 315 mm-lik, 160 mm-lik, 110 mm-lik və 225 mm-lik qaz xəttində baş verən yanğın zamanı alovun hündürlüyü 7-8 metrə çatıb.
Yanğın güclü olduğundan həmin xətdə qaz təchizatı müvəqqəti dayandırılıb. Bu səbəbdən də rayonun Alpout, Qazıqumlaq, Ramal, Qaradağlı, Çini, Məlikballı, Alıkənd və rayon mərkəzinin bir hissəsi qazsız qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb. Ölən və xəsarət alan olmayıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































