Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO

Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO
587083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 23-də Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir oxudu - VİDEO


Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir.

Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək, bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.
 

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkianla ikitərəfli görüşü olub.


Tədbir çərçivəsində qonaqlar tərəfindən Leyla Əliyevaya hədiyyə təqdim olunub. Həmçinin Leyla Əliyeva da qonaqlara hədiyyələr təqdim edib.

Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 1
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 2
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 3
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 4
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 5
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 6
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 7
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 8
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 9
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 10
Leyla Əliyeva Pezeşkianın qızı ilə SƏRGİDƏ - FOTO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO