Aslan İsmayılov Zeynəb Xanlarovanı belə təriflədi...

Aslan İsmayılov Zeynəb Xanlarovanı belə təriflədi...

Hazırda oxunan: Aslan İsmayılov Zeynəb Xanlarovanı belə təriflədi...

58688
Tanınmış hüquqşünas Aslan İsmayılov SSRİ xalq artisti, millət vəkili Zeynəb Xanlarova haqqında bir status yazıb.
Moderator.az həmin statusu oxuculara təqdim edir:

"Bu gün amerikalı vəkil dostumla söhbət zamanı öyrəndim ki, şəxsiyyətinə və sənətinə hörmət etdiyim Zeynəb Xanlarova Nyu-York şəhərindədir. Orada ABŞ-ın böyük şəhərlərində keçirəcəyi konsertlərlə bağlı müqavilələr imzalayır. Bu xəbərə çox sevindim, çünki bu yaxınlarda bəzi "məşhur vəkillər" bir nəfər dələduzu müdafiə etmək üçün KİV-lərdə bildirirdilər ki, guya Zeynəb Xanlarovaya ABŞ-a getməyə viza verilməyib. Bu xəbəri Zeynəb xanımdan dəqiqləşdirəndə iftira olduğunu bildirmişdi. Ancaq qalmaqal həvəskarlarına bir dərs verdi, öz adına uyğun davrandı və mətbuatda o yalanın təkzib olunmasına razı olmadı. Zeynəb xanım bir daha hamıya göstərdi ki, qalmaqallarla yox, əsl sənətlə sevilir və tarixə düşürlər."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO