Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO

Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO

Hazırda oxunan: Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO
586098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fiziki şəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus "Ramin Nur" şadlıq sarayında yoxlama keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub.
 

Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.


Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub.

Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik a işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib.

Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO - foto 1
Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO - foto 2
Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO - foto 3
Bakıda şadlıq sarayı müştərilərini ALDADIRMIŞ: Dana əti adı ilə… - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO