Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO
585990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 39 nömrəli binanın zirzəmisində fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:


- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- ⁠obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb və xüsusi jurnalda qeydlər aparılmayıb;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;

- obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması barədə sənəd təqdim olunmayıb;

- sahibkar fəaliyyətini tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində təşkil edib.⁠
 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.


Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 39 nömrəli binanın zirzəmisində fəaliyyət göstərən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 1
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 2
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 3
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 4
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 5
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 6
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 7
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 8
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 9
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 10
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO