Xaçmazın 26 kəndinə təbii qazın verilməsi bərpa olundu

Xaçmazın 26 kəndinə təbii qazın verilməsi bərpa olundu

Hazırda oxunan: Xaçmazın 26 kəndinə təbii qazın verilməsi bərpa olundu
585889
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmazda təmirlə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılan 26 kəndə təbii qazın verilişi bərpa olunub.

“Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, Xaçmaz rayonunun Qusarçay kəndi istiqamətində istismarda olan D-315 millimetrlik ortatəzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi işləri artıq başa çatdırılıb.

Təmir işləri ilə əlaqədar dekabrın 16-da saat 10-dan etibarən Xaçmaz şəhərinin bir hissəsində, həmçinin Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımılqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Çaykənarı, Ağaşirinoba, Manafoba, Gəncəli, Şıxlı kəndlərində, ümumilikdə 10 min 346 abonentə təbii qazın verilməsi müvəqqəti dayandırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO