Telefonun içərisində gömrükdən qızıl külçələr keçirmək istədilər – FOTO/VİDEO

Telefonun içərisində gömrükdən qızıl külçələr keçirmək istədilər – FOTO/VİDEO

Hazırda oxunan: Telefonun içərisində gömrükdən qızıl külçələr keçirmək istədilər – FOTO/VİDEO
585297
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya İdarədən məlumat verilib.
 

Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, “Dyson” markalı saç feni və digər mallar aşkarlanıb.


Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan “Body-Scan” cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqablarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş, ümumilikdə 90 qram qızıl külçə aşkar edilib.



Telefonun içərisində gömrükdən qızıl külçələr keçirmək istədilər – FOTO/VİDEO - foto 1
Telefonun içərisində gömrükdən qızıl külçələr keçirmək istədilər – FOTO/VİDEO - foto 2
Telefonun içərisində gömrükdən qızıl külçələr keçirmək istədilər – FOTO/VİDEO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO