Eldar Mansurovun oğluna yüksək vəzifə verildi – FOTO

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi – FOTO

Hazırda oxunan: Eldar Mansurovun oğluna yüksək vəzifə verildi – FOTO
583792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bu vəzifəyə Ülvi Mansurov təyin olunub.

O, 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad
Universitetində bakalavr və magistr dərəcələri, 2015-ci ildə isə Böyük Britaniyanın Uorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb.

2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Uorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb və 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ildə "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

2017-ci ildən "Azərpoçt" MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən sonuncu təyinatadək isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.

Qeyd edək ki, Ü.Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO