QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO

QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO

Hazırda oxunan: QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO
583409
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hər il dekabrın 1-də dünyada Qazanılmış İmmunçatışmazlığı Sindromu ilə (QİÇS) Mübarizə Günü qeyd edilir.

Bizim.Media xəbər verir ki, 1988-ci ildən bəri qeyd edilən bu günün əsas məqsədi dünya ölkələrini bu qlobal problemin qarşısını almaq üçün birgə mübarizəyə və həmrəyliyə çağırmaqdır.

Azərbaycanda da bu problem daimi nəzarət altında saxlanılır. Ölkəmizdə Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən İİV (insan immunçatışmazlığı virusu) epidemiyasına qarşı tədbirlərin təşkili və icrası təmin edilir. Mərkəz həm sərbəst şəkildə fəaliyyət göstərir, həm də metodiki rəhbərlik edərək, xəstəliyin yayılma dərəcəsinə uyğun tədbirlərin tənzimlənməsi və icrası üzərində ciddi nəzarət aparır.

Bu günün qeyd olunması həm xəstəlikdən əziyyət çəkənlərə dəstək olmaq, həm də ictimaiyyəti məlumatlandırmaq baxımından böyük əhəmiyyət daşıyır.

QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası bu gün qırmızı rəngdə işıqlandırılıb.

PhotoStock.az tərəfindən lentə alınan fotoları təqdim edirik:

QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO - foto 1
QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO - foto 2
QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO