92 nəfər ZƏHƏRLƏNİB - Ölənlər var

92 nəfər ZƏHƏRLƏNİB - Ölənlər var

Hazırda oxunan: 92 nəfər ZƏHƏRLƏNİB - Ölənlər var
583280
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin noyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı KTM-in mətbuat katibi Ruzbeh Məmməd yayıb.

Onun sözlərinə görə, 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, üç nəfəri spirtli içkilərdən, bir nəfəri həlledici məhluldan, bir nəfəri yandırıcı məhlullardan, bir nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, bir nəfəri anafilaktik şokdan, yeddi nəfəri tüstüdən, beş nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
 

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.


Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, üç nəfərin (2 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO