Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO

Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO

Hazırda oxunan: Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO
582307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, 66 nəfərdən ibarət 16 ailə yenidən bərpa edilən evlərə yerləşdirilib.

Sakinlər doğma yurdlarında qarşılandıqdan sonra onlara açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev təqdim edib.

O, sakinləri təbrik edərək, onların yeni evlərdə sağlam, xoşbəxt və təhlükəsiz yaşamalarını arzulayıb. M.Əfəndiyev çıxışında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və tikinti işləri uğurla davam etdirilir.

Bu işlər həm regionda həyatın normallaşmasına, həm də sakinlərin öz doğma torpaqlarına geri dönməsinə xidmət edir.

Yeni məskunlaşan ailələr təhvil verilən evlərin bütün şəraitlə təmin olunduğunu deyərək, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 1
Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 2
Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 3
Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 4
Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 5
Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 6
Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO