Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO

Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO

Hazırda oxunan: Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO
582193
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dəfə Ağdam, Ağdərə, Füzuli və Kəlbəcər rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində "Kiçik dərzi sexi", "Qadın gözəllik salonu", "Poliqrafiya xidmətləri" və "Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti" zərfləri üzrə aktivlər təqdim edilib.
 

Verilmiş aktivlər hesabına onlar qeyd edilən istehsal və xidmət istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini vurğulayıblar.


Qeyd edək ki, indiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 600-dək şəxs özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatlarını qurub.

Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO - foto 1
Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO - foto 2
Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO - foto 3
Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO - foto 4
Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO - foto 5
Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO