Naxçıvanda oyuncaq silahla sürücünü qorxudan şəxs CƏZALANDIRILDI

Naxçıvanda oyuncaq silahla sürücünü qorxudan şəxs CƏZALANDIRILDI

Hazırda oxunan: Naxçıvanda oyuncaq silahla sürücünü qorxudan şəxs CƏZALANDIRILDI
581591
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda xuliqanlıq hərəkətləri etmiş şəxs inzibati məsuliyyətə cəlb olunub.

Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl saat 1:20-də Ordubad şəhərindəki "Emin" şadlıq sarayının önündə baş verib.

Belə ki, naməlum şəxs "Mitsubishi Pajero" avtomobili ilə hərəkətdə olarkən VAZ-2107 maşınına doğru silah tuşlayaraq bir neçə dəfə atəş açıb. VAZ-ın sürücüsü baş verənlərdən narahat olaraq nəqliyyat vasitəsini saxlayıb və həmin avtomobil getdikdən sonra yoluna davam edib.
 

Hadisə barədə polisə məlumat daxil olduqdan sonra "Mitsubishi Pajero"dan atəş açan şəxsin Ordubad şəhər sakini Hüseyn S. olması müəyyən edilib. Məlum olub ki, onun atəş açdığı silah oyuncaq imiş.


İctimai asayişi pozaraq xuliqanlıq hərəkətləri etmiş vətəndaş barəsində inzibati protokol tərtib edilib və Ordubad Rayon Məhkəməsinin qərarı ilə o, 70 manat cərimə edilərək sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO