Bakıda ərinin baltalayaraq öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO

Bakıda ərinin baltalayaraq öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO

Hazırda oxunan: Bakıda ərinin baltalayaraq öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
580559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda ərinin baltalayaraq öldürdüyü Nəriminə Bədəlova vəzifəli şəxs imiş.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, o, bir sıra qurumlarda işləyib.  

N.Bədəlova bir müddət Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində də eyni vəzifəni tutub. İcma ləğv edildikdən sonra “Qarabağa Dönüş” İctimai Birliyinin baş mühasibi kimi fəaliyyət göstərib.

Bakıda ərinin baltalayaraq öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO - foto 1

N.Bədəlova əslən Şuşalıdır. Tanıyanlar onu çox mədəni, işgüzar, işində məsuliyyətli və mehriban insan kimi xarakterizə edirlər: 


“O qadın belə bir ölümə layiq deyildi. Özümüzə gələ bilmirik”. 

N.Bədəlovanın həyat yoldaşı Yaşar Bədəlov uzun illər Rusiyada işləyib, bir neçə il əvvəl Azərbaycana qayıdıb. Burada şirkətlərdən birində mühafizəçi işləyirmiş.
 

Hadisənin motivinə gəlincə, iddialara görə, Yaşar Bədəlov yaşadıqları mənzili qardaşına bağışlamaq istəyirmiş. Nərminə Bədəlova isə bununla razı deyilmiş. Bir müddət əvvəl boşanan cütlüyün arasında sonuncu mübahisə də bunun üstündə olub.  


Qeyd edək ki, hadisə noyabrın 10-da paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. 1956-ci il təvəllüdlü Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci ildə anadan olmuş Nərminə Bədəlovanı balta ilə qətlə yetirib. O, daha sonra özünü asaraq intihar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO