DYP-dən sürücülərə çağırış: “Yuxusuz halda sükan arxasına əyləşməyin!” - VİDEO

DYP-dən sürücülərə çağırış: “Yuxusuz halda sükan arxasına əyləşməyin!” - VİDEO

Hazırda oxunan: DYP-dən sürücülərə çağırış: “Yuxusuz halda sükan arxasına əyləşməyin!” - VİDEO
579822
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qeyd olunan ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Qeyd edilib ki, BDYP sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır:

"Sürücülərə uzun səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələri tövsiyə olunur. Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərdən isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddinə əməl etmək tələb olunur. Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını yollarda təhlükəsizliyi birgə qorumağa çağırır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO