Zeytun yağının FAYDALARI

Zeytun yağının FAYDALARI

Hazırda oxunan: Zeytun yağının FAYDALARI
579504
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zeytun yağının əlavə sümük qoruması təmin etdiyi aşkar edilib. Daha çox zeytun yağı istifadə edən insanlarda güclü sümük kütləsinin göstəricisi olan osteokalsin zülalı yüksək səviyyədə olur.

Bizim.Media Medicina.az-a istinadən xəbər verir ki, Afina Universitetinin alimləri tərəfindən irəli sürülən başqa bir nəzəriyyəyə əsasən, zeytun yağı ilə zəngin pəhriz yüksək antioksidant tərkibinə görə sümükləri gücləndirir.
 

Aralıq dənizi pəhrizinin əsas komponenti olan zeytun yağı uzun müddətdir sağlam qida kimi təqdim olunur. İspan tədqiqatçıları iki il ərzində zeytun yağının insan sümük sağlamlığına təsirini araşdırıblar. Onlar aşkar ediblər ki, çox miqdarda zeytun yağı istehlak edənlərdə osteokalsin zülalının səviyyəsi ən yüksəkdir.


Bu, insanın sümüklərinin nə qədər güclü olduğunu göstərir. Osteokalsinin çatışmazlığı kövrəkliyi və sınıqlara qarşı həssaslığı göstərir.

Bu zülal sümük əmələ gəlməsində iştirak edən hüceyrələr tərəfindən ifraz olunur.
 

Bir nəzəriyyəyə görə, osteokalsin insulin müqavimətinin inkişafının qarşısını alır, bu vəziyyət bədənin bu hormona qarşı immunitet inkişaf etdirdiyini göstərir. İnsulin müqavimətinin sümükləri zəiflətdiyi sübut olunub.


Tədqiqatlar göstərir ki, bu pəhriz xüsusilə qadınlar üçün faydalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO