“Whatsapp” istifadəçilərinə XƏBƏRDARLIQ: Bunu etməsiniz, hesabınıza daxil ola bilərlər

“Whatsapp” istifadəçilərinə XƏBƏRDARLIQ: Bunu etməsiniz, hesabınıza daxil ola bilərlər

Hazırda oxunan: “Whatsapp” istifadəçilərinə XƏBƏRDARLIQ: Bunu etməsiniz, hesabınıza daxil ola bilərlər
578838
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər "WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar.

Bu kod paylaşdığı halda, onun "WhatsApp” hesabı ələ keçirilir. Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək, şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara "WhatsApp” hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

- Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.

- ⁠Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.

- OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.

- Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.

- ⁠Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.

- Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.

- Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO