Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO

Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO

Hazırda oxunan: Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO
578488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak edib.

Bizim Media  xəbər verir ki, IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir.

Əvvəlcə Leyla Əliyeva məktəblilərin ətraf mühit problemlərinə, onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirib.
 

Sonra konfransın açılış mərasimində çıxış edən Leyla Əliyeva gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və ətraf mühitin qorunması prosesində onların məsuliyyətinin vacibliyinin vurğulayıb.


O, qeyd edib ki, hər bir məktəblinin ekoloji dəyərlərlə böyüməsi ölkənin yaşıl gələcəyinin təminatıdır.

Digər çıxış edənlər təhsil müəssisələrində ekoloji məsuliyyətin artırılması, gənclərin ekoloji təşəbbüslərdə iştirakı və dayanıqlı inkişaf məqsədlərinin tədrisə inteqrasiyası istiqamətində öz fikirlərini bölüşüblər.

Tədbirdə, həmçinin bədii hissə də nümayiş etdirilib.
 

Qeyd edək ki, ilk dəfə təşkil olunan “EcoMind 2025” konfransı gələcəkdə ənənəvi xarakter daşıyacaq və təhsil sahəsində ekoloji istiqamətdə əməkdaşlıq üçün yeni platforma formalaşdıracaq.


Tədbirdə 30 universitet, 20 dövlət məktəbi, 21 özəl və beynəlxalq təhsil müəssisəsindən 450-dən çox iştirakçı bir araya gəlib.

Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 1
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 2
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 3
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 4
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 5
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 6
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 7
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 8
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 9
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 10


Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 11
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 12
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 13
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 14
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 15
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 16
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 17
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTO - foto 18


Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO