Hərbi qulluqçularımızın iştirak etdiyi “Dağ komando kursu” başa çatdı - FOTO

Hərbi qulluqçularımızın iştirak etdiyi “Dağ komando kursu” başa çatdı - FOTO

Hazırda oxunan: Hərbi qulluqçularımızın iştirak etdiyi “Dağ komando kursu” başa çatdı - FOTO
578368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, kursun başa çatması münasibətilə keçirilən buraxılış mərasimində iki ölkənin Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında, eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi rol oynayacağını vurğulayıblar.
Sonda məzunlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Dağ komando kursu”nda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitlərdə müasir döyüş aparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədilib.

Hərbi qulluqçularımızın iştirak etdiyi “Dağ komando kursu” başa çatdı - FOTO - foto 1
Hərbi qulluqçularımızın iştirak etdiyi “Dağ komando kursu” başa çatdı - FOTO - foto 2
Hərbi qulluqçularımızın iştirak etdiyi “Dağ komando kursu” başa çatdı - FOTO - foto 3
Hərbi qulluqçularımızın iştirak etdiyi “Dağ komando kursu” başa çatdı - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO