Ağdaş qəzası ilə bağlı TƏFƏRRÜAT: Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır - FOTO

Ağdaş qəzası ilə bağlı TƏFƏRRÜAT: Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır - FOTO

Hazırda oxunan: Ağdaş qəzası ilə bağlı TƏFƏRRÜAT: Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır - FOTO
577340
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Ağdaş rayonu ərazisində baş verən dəhşətli qəza ilə bağlı bəzi təfərrüat məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, qəza zamanı yolda hərəkətdə olan "KamAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub.

Qəza nəticəsində "Qazel"in sürücüsü, Neftçala rayonunun Qaramanlı kənd sakini, Eldar Fərhad oğlu Tağıyev və sərnişini, Salyan şəhər sakini, 38 yaşlı Rauf Saleh oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Məlumata görə, "Qazel" markalı yük avtomobilində diri balıq daşınırmış. Ölənlərdən biri Rauf Hacıyev 3 uşaq atası olub. Eldar Tağıyevin isə Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Oxu.az)

Ağdaş qəzası ilə bağlı TƏFƏRRÜAT: Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır - FOTO - foto 1
Ağdaş qəzası ilə bağlı TƏFƏRRÜAT: Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO