Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO

Hazırda oxunan: Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO
576804
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, 12 ailə olmaqla, 55 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
 

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıdış münasibətilə təbrik edib və onların həmin kənddə rahat yaşamaları üçün bütün zəruri sosial infrastrukturun yenidən qurulduğunu, kommunal xidmətlərin tam təmin olunduğunu deyib.


Kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 1
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 2
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 3
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 4
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 5
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 6
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu – FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO