Alimlərdən XƏBƏRDARLIQ: İnsan beyni gecə yarısından sonra düzgün işləməyə bilər

Alimlərdən XƏBƏRDARLIQ: İnsan beyni gecə yarısından sonra düzgün işləməyə bilər

Hazırda oxunan: Alimlərdən XƏBƏRDARLIQ: İnsan beyni gecə yarısından sonra düzgün işləməyə bilər
575731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Alimlərin fikrincə, insan beyni gecə yarısından sonra oyaq qalmaq üçün nəzərdə tutulmayıb. Tədqiqatlar göstərir ki, gecə vaxtı beynin fəaliyyəti dəyişir, mənfi emosiyalar və təhlükəli düşüncələr daha cəlbedici olur, özünənəzarət isə azalır. Harvard Universitetindən nevroloq Elizabet Klerman bildirib ki, “gecənin ortasında oyaq olan milyonlarla insan var və onların beyni gündüz olduğu kimi yaxşı işləməyə bilər”. O, bu mövzuda daha çox araşdırma aparılmasının vacibliyini vurğulayıb.

Bizim.Media “sciencealert.com” saytına istinadla xəbər verir ki, alimlər bu fərziyyəni “gecə yarısından sonra ağıl” adlandırıblar.

Onlar hesab edirlər ki, insanın təbii bioloji saatı gecə vaxtı beynin emosional və davranış sistemlərinə təsir edir.

Tədqiqatlara görə, gecələr insanların mənfi fikirlərə və riskli davranışlara meyli artır. Bu isə yuxusuzluqla birləşəndə vəziyyəti daha da pisləşdirir. Məsələn, intihar və özünə zərərvermə halları gecə yarısı ilə səhər saat 6 arasında üç dəfə daha çox baş verir. Eyni zamanda, narkotik maddələrin istifadəsi və riskli qərarların verilməsi də gecə saatlarında artır.
 

Braziliyada aparılan araşdırma göstərib ki, gecələr opioidin dozadan artıq istifadəsi riski 4,7 dəfə çoxdur. Bu dəyişikliklərin səbəbləri hələ tam öyrənilməyib. Onlar, xüsusilə növbəli iş rejimində çalışan jurnalistlər, pilotlar və həkimlərin beyin fəaliyyətini daha dərindən araşdırmağın vacibliyini qeyd ediblər.


Tədqiqat “Frontiers in Network Psychology” jurnalında dərc olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO