Fərdi yaşayış evi tikmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Fərdi yaşayış evi tikmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Hazırda oxunan: Fərdi yaşayış evi tikmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO
574902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hər il payız-qış mövsümündə torpaq bazarında durğunluq müşahidə olunur. Bu da paralel olaraq qiymətlərə təsir göstərir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlər bunu əsasən hava şəraitinin tikintinin keyfiyyətinə təsiri ilə əlaqələndirirlər. Belə ki, payız və qış aylarında yağan yağış və qar səbəbindən tikinti işləri çətinləşir, nəticədə, torpağa olan tələbat azalır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mövsümi enmə bazar qanunauyğunluğudur. Onun sözlərinə görə, alıcılar daha çox yaz və yay aylarında aktivləşirlər.

Lakin fərdi yaşayış evi tikmək istəyənlər üçün payız və qış aylarında torpaq almaq daha sərfəlidir.

"Bu dövrdə torpaq alqı-satqısı zəifləyir, nəticədə, qiymətlərdə müəyyən enmə müşahidə olunur", - deyə ekspert qeyd edib.

Mütəxəssislər hesab edirlər ki, torpağı məhz payız-qış mövsümündə alıb, yaz-yay aylarında tikintiyə başlamaq ən ideal üsuldur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO