Moderator.az xəbər verir ki, Cəlilabad rayonunda yaşayan gənc ana körpə övladının müalicəsi üçün yardım istəyir.
Şahverdiyeva Vüsalə İlham qızı bildirir ki, 2010-ci il martın 12-də qohumu Anarla ailə qurub. Bir müddət sonra bəlli olub ki, yoldaşının Rusiyada ailəsi var:
“2012-ci
il yanvarın 15-də yoldaşım məni döyüb, 3 yaşlı qızım Aynurla atam evinə gətirdi.
Dedi, mənim Rusiyada ailəm var. Anam polisə verdi,
dava qırğınla ayrıldıq. Məhkəmə bizə 50 manat aliment kəsdi”.
Gənc ana deyir ki, keçmiş yoldaşının valideynləri
oğullarının Rusiyada ailəli olduğunu bilsə də, bunu ondan gizlədiblər.
Vüsalə bildirir ki, körpə qızı ilə ağır güzəran
keçirir, habelə övladının səhhətində ağır problemlər yaranıb: “Qızmın başında
fibroz var idi, xeyriyyəçi insanların sayəsində müalicə olundu”.
Gənc ana deyir ki, indi isə qızının böyrəklərində ağır
problem yaranıb, sidik kanalı iltihablayıb:
“Yoldaşım
indi mənə yalnız 50 manat aliment verir, başqa heç cür kömək etmir. Heç uşağın xəstəliyi ilə də maraqlanmır”.
V.Şahverdiyeva deyir ki, daha əvvəl də problemləri ilə
bağlı mediaya müraciət edib:
“Uşağa yardım edilməsi üçün ölkə rəhbərliyinə
müraciət etdim. Hələ cavab verilməyib, gözləyirəm. Sosial yardım da
ala bilmirdim. 200 manat pul istəyirdilər. Saytlarda bu haqda məlumat
yayılandan sonra nazirlikdən zəng vurub dedilər ki, sizin işiniz düzələcək.
Qızımın müalicəsi üçün yenidən kömək istəyirəm”.
Aynura kömək etmək istəyənlər 070 614 61 05 nömrəsi ilə
əlaqə saxlaya bilərlər.








































































































