“Cəfər Cabbarlı” - “Xətai” metro tunelində təmir nə vaxt başa çatır? - RƏSMİ 

Hazırda oxunan: “Cəfər Cabbarlı” - “Xətai” metro tunelində təmir nə vaxt başa çatır? - RƏSMİ 

55814

“Cəfər Cabbarlı”-“Xətai” metro tunelinin 481 metrlik hissəsinin yolları tamamilə yeni əsaslarla qurulur və işlər 2022-ci ilin I rübündə tam başa çatdırılacaq.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Bakı Metropoliteni” QSC yayıb.

Mənbə qeyd edir ki, ötən il “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri çərçivəsində mühüm işlərdən biri yerüstü sahədə tamamlanaraq onun konstruksiyasının yağıntılardan qorunması məqsədilə üç mərhələli təmiri aparılıb. Burada kommunikasiya xətləri yenilənib, yeni mühafizə qatı qurulub.

Bu mənzildə təbii havalandırma imkanlarının genişləndirilməsi baxımından Cəfər Cabbarlı meydanında yeni köşk quraşdırılıb.

Şaxtalardan birinin Süleyman Rəhimov küçəsində avtomobil yolunun ortasında yerləşən köşkünün “Azərbaycan Dəmir Yolları” QSC-nin iştirakı ilə yeri dəyişdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO