Bakıda 19 yaşlı qız itkin düşdü - FOTO

Bakıda 19 yaşlı qız itkin düşdü - FOTO

Hazırda oxunan: Bakıda 19 yaşlı qız itkin düşdü - FOTO
53199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər rayonu Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu adlanan ərazidə yaşayan Samir Məmmədov Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək qızı 2003-cü il təvəllüdlü Fidan Məmmədovanın yaşadığı evdən çıxıb və bir daha qayıtmadığı barədə məlumat verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

F.Məmmədova arıq bədən quruluşludur, boyu 160 santimetrdir. Gözləri şabalıdı, saçları isə uzun və qəhvəyi rəngdədir.

Evdən çıxan zaman əynində çəhrayı köynək, qara rəngli cins şalvar və ağ idman ayaqqabısı olub.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə (012) 456-03-02, (012) 590-72-03 və (050) 222-82-80, (055) 211-81-74, (051) 571-03-71 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizim.Media

Bakıda 19 yaşlı qız itkin düşdü - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO