Komando hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib - VİDEO

Komando hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib - VİDEO

Hazırda oxunan: Komando hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib - VİDEO
52842
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.

Diversiya qrupunun təxribatının qarşısını almaq məqsədilə “Həyəcan” siqnalı ilə qaldırılan komandolar daimi dislokasiya məntəqəsini tərk etməklə əməliyyat rayonu istiqamətində hərəkət ediblər.

Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsulları icra olunub.

Hərəkət zamanı şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən pusquya düşən komandolar çevik qərar qəbul edərək pusqunu dəf etmə və ərazidə kəşfiyyat aparma qaydalarını məşq ediblər.

Təlimin əsas məqsədi şəxsi heyətin gündüz və gecə məhdud görmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Komandolar təlimdə yüksək peşəkarlıq nümayiş etdirərək bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO